Slimfit
  1. DÜNYA

İranlı alim ABŞ-dan tezliklə vətəninə qayıdacaq

İranlı alim ABŞ-dan tezliklə vətəninə qayıdacaq
Sakura

İranlı alim ABŞ-dan tezliklə vətəninə qayıdacaq

Vaşinqtonla Tehran arasında əldə edilən razılaşmaya əsasən, iranlı atom-fiziki Sirus Əsgəri tezliklə evinə qayıdacaq.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi məlumat verib.

“Heç bir problem yaranmazsa, Sirus Əsgəri yaxın günlərdə ölkəmizə qayıdacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Əsgəri Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 2017-ci ildə ABŞ-da saxlanılmışdı. İranlı alim Ohayo ştatının universitetindən məxfi məlumatlar oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunurdu. Ancaq məhkəmə prosesində onun günahı sübuta yetirilməyib və hakim Əsgərinin sərbəst buraxılması barədə qərar qəbul edib. Məhkəmənin qərarına baxmayaraq, alim azadlığa buraxılmırdı. Onun ABŞ-da təcridxanada koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.

İran həbsxanasında saxlanılan, koronavirusa yoluxmuş Maykl Uayt da tezliklə İsveçrənin Tehrandakı səfirliyinin zəmanətilə sərbəst buraxıla bilər.

Xatırladaq ki, 2019-cu ilin dekabrında İranla ABŞ arasında əsir mubadiləsi həyata keçirilib. İslam Respublikasında casusluqda ittiham olunan Çin əsilli ABŞ tədqiqatçısı Xiyue Vang ölkəsinə, ABŞ-da həbs olunan iranlı alim, professor Məsud Süleymani isə İran tərəfinə verilmişdi.

Xiyue Vang İranda 2016-cı ildə həbs edilib və xarici ölkə rəsmilərinə işləməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sərbəst buraxılanda cəzasının üç ilini çəkmişdi. O, Amerika və Britaniya elmi təşkilatlarına ötürmək üçün məxfi məlumatlar əldə etməyə çalışmaqda ittiham edilmişdi.

Gövdə hüceyrələri sahəsində mütəxəssis olan Məsud Süleymani isə 2018-ci ildə ABŞ-da həbs edilib. O, nüvə proqramı ilə bağlı İrana tətbiq edilən ticarət sanksiyalarını pozaraq ölkəsinə biomaterial ötürməyə cəhddə ittiham olunub. Əsir alimlərin mübadiləsi İsveçrə hökumətinin vasitəçiliyilə mümkün olub.

Onda ABŞ prezidenti Donald Tramp da bu hadisə barədə fikirlərini bildirmişdi: “Əsir götürülən amerikalıların sərbəst buraxılmasının administrasiyama böyük əhəmiyyəti var. Xaricdə əsir düşən vətəndaşlarımızın vətənə qayıtması üçün səylərimizi davam etdirəcəyik”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR