Dərc edildi: Baxış sayı: 293
İranın təhsil naziri istefa verdi, prezident qəbul etmədi
İranın təhsil naziri Məhəmməd Bathai istefa verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sonuncu iclasından sonra istefa ərizəsini prezident Həsən Ruhaniyə təqdim edi. Ancaq prezident nazirin ərizəsini qəbul etməyib. Bathai vəzifəsindən getməsinin səbəbi kimi müəllimlərin gecikən maaşlarının ödənilməməsini və tələblərinin hökumət tərəfindən yerinə yetirilməməsini göstərib.
Xatırladaq ki, fevralın 25-də Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də istefa vermiş, ancaq Ruhani onun da istefasını qəbul etməmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət