Dərc edildi: Baxış sayı: 541
İranın səhvini qəbul etməsi vacib addımdır - Conson
İranın Ukrayna Hava Yollarının sərnişin təyyarəsini yanlışlıqla vurduğunu qəbul etməsi ilk vacib addımdır.
Axar.az xəbər verir ki, bunu İngiltərənin Baş naziri Boris Conson deyib. O bildirib ki, hazırda əhatəli və şəffaf beynəlxalq araşdırma aparılmasına və ölənlərin ölkələrinə geri göndərilməsinə ehtiyac var:
“İngiltərə bunun həyata keçirilməsini təmin etmək üçün Kanada, Ukrayna və bu qəzadan zərər görən digər beynəlxalq ortaqlarla yaxından çalışacaq”.
Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət