Dərc edildi: Baxış sayı: 452
İranın raket zərbələri: 34 amerikalı əsgər yaralandı
İranın İraqda hərbi bazalara raket hücumu nəticəsində ümumilikdə 34 amerikalı hərbçi xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Conatan Hoffman deyib.
“Son məlumata görə, 34 hərbçi kontuziya və travma alıb”, - deyə Hoffman bildirib.
Pentaqon rəsmisi bildirib ki, 8 hərbçi ABŞ-da, 9-u isə Almaniyada müalicə alır. Qalanları isə İraqda bazaya qayıdıb.
Qeyd edək ki, Hoffmanın bəhs etdiyi hücum iranlı general Qasım Süleymaninin öldürüməsinə cavab olaraq həyata keçirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət