Slimfit
  1. HƏRB

İranın Qarabağ münaqişəsinin həlli üçün hazırladığı layihə təqdim olunacaq

İranın Qarabağ münaqişəsinin həlli üçün hazırladığı layihə təqdim olunacaq
Sakura

İranın Qarabağ münaqişəsinin həlli üçün hazırladığı layihə təqdim olunacaq

"İranın Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bu gün və ya sabah təqdim olunacaq".  

Ens.az xəbər verir ki, APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə deyib.

XİN başçısı bildirib ki, onun müavini Azərbaycan-Ermənistan münaqişə bölgəsinə baxış üçün Şərqi Azərbaycan əyalətinə səfər edib, Xudafərin səddinə baxış keçirir və o, daha sonra Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

Cavad Zərif qeyd edib ki, ölkə rəsmiləri tərəfindən təsdiqlənən layihə haqda Bakı, Moskva, İrəvan və Ankarada danışıqlar aparılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR