Dərc edildi: Baxış sayı: 211
İranın nüvə probleminin sülh yolu ilə həlli üçün səy göstəriləcək
Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron danışıqlardan sonra birgə bəyanat verərək, İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Çin və Fransa İranın nüvə probleminin siyasi və diplomatik həllini təşviq etmək üçün səy göstərəcəklərini bir daha təsdiqləyirlər", - Si Cinpin və Makron birgə bəyanatda bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət