Dərc edildi: Baxış sayı: 302
İranın nüvə obyektini məhv edəcəyik – İsrail
İranın heç bir nüvə obyekti hərbi hücumdan sığortalanmayıb və lazım gəldikdə məhv ediləcək.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Zaçi Heneqbi deyib.
“Ümid edirik ki, İranın nüvə problemini heç vaxt hərbi yolla həll etmək məcburiyyətində qalmarıq. Ancaq başqa variant olmadığı halda nüvə proqramının qarşısını almaq üçün istənilən varianta hazırıq. İranın nüvə obyektlərinə hərbi hücumdan başqa yol olmadığı qənaətinə gəlsək, İsraildə hər bir lider belə bir hərəkət üçün cəmiyyətin dəstəyini qazanacaq”, - o bildirib.
Qeyd edək ki, İran Zaqros dağ silsiləsində məhv edilməsinin çətin olduğu iddia etdiyi yeraltı nüvə obyekti tikdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət