Slimfit
  1. CƏMİYYƏT

İranın “nota” oyunu: gerçəklik, səbəblər və çıxış yolları

İranın “nota” oyunu: gerçəklik, səbəblər və çıxış yolları
Sakura

İranın “nota” oyunu: gerçəklik, səbəblər və çıxış yolları

"İranın son davranışları bir sıra suallara cavab verilməsini zəruri edir. Diplomatiya tarixinin təcrübəsinə müraciət etsək, İranın  diplomatik məktub-nota oyununda iddialarının əsassızlığı aydın olar".

Ens.Az-ın məlumatına əsasən,bunu "Ölkə.Az"a açıqlamasında deputat Musa Qasımlı deyib.

"İlk növbədə ona görə ki, Tehranda Azərbaycan Respublikasının səfirliyi məlum silahlı hücum və törədilən qanlı terror hadisəsindən İranın da qoşulduğu Vyana konvensiyasına uyğun olaraq səfirliyimizin fəaliyyəti üçün normal şərait yaradılmadığından işini dayandırıb və həyatları təhlükə altında olduğundan diplomatlar bu ölkədən çıxarılıb. Soruşulur: bir nəfər də olsun diplomatın qalmadığı Tehrandakı səfirliyimizə notanı necə və kimə vermək olar? O məktubu orada alan diplomat qalıbmı? Qalmayıb. Qalmamasının səbəbi də, səbəbkarı da bəllidir. Səfirliyimizin fəaliyyətinin dayandırılması barədə dövlətimiz rəsmi məlumat da yayıb. Bunu İranda bilməmiş deyillər.

İkincisi, İranda onu da bilməmiş deyillər ki, cümə ertəsi-şənbə günü Azərbaycanın səfirliklərində iş günü deyildir. Yenə sual yaranır: əgər Azərbaycanın Tehranda səfirliyi fəaliyyətini dayandırmasaydı təcili olan hər hansı bir notanı İranda iş günü olmayan cümə günü İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edə bilərdimi? Əlbəttə yox!

Üçüncüsü, hər hansı bir notaya nə vaxt cavab verməsi və ya verməməsi onu qəbul edən dövlətin müstəsna suveren hüququdur. Düşünmürəm ki, bunu da İran Xarici İşlər Nazirliyində bilməsinlər. Heç bir dövlət “notama filan vaxt cavab ver” deyə hökm edə bilməz. Deməli, nota məsələsi səbəb deyil, münasibətləri daha da gərginləşdimək üçün bir bəhanədir.

Elə isə səbəb nədir?", - deputat qeyd edib.

Onun fikrincə, başlıca səbəb ondan ibarətdir ki, İran bizim güclü müstəqil dövlət olmağımızı istəmir: "İşğalçı Ermənistanın 44 günlük Vətən müharibəsindəki məğlubiyyətini özü üçün ağrılı qəbul edir. Ona görə də bizə qarşı açıq-aşkar düşmənçilik siyasəti aparır, mediasında dövlətimizi gözdən salır, bizimlə təhdid dili ilə danışır, hərbi təcavüz edərək torpaqlarımızı işğal etmiş, məscidlərimizi, dini abidələrimizi dağıtmış terroru dövlət siyasətinə çevirmiş Ermənistanla əməkdaşlıq edir. İsrail Dövlətində səfiriliyimizin açılmasını, Səudiyyə Ərəbistanı və digər ölkələrlə bərabərhüquqlu münasibətlərimizi  həzm edə bilmir. Amma hər halda Tehranda bilməmiş deyillər ki, sözü və əməli eyni olan Azərbaycan Respublikası dövləti öz ərazisindən İrana qarşı heç bir zaman üçüncü ölkəyə istifadə etməyə icazə verməyib, imzaladığı bütün sənədlərdə öhdəsinə düşənləri dürüst yerinə yetirib. 

Aydındır ki, düşmənçilik edən tərəf Azərbaycan deyildir. Münasibətlərdəki indiki xoşagəlməz vəziyyət və “nota məsələsi” üçün təqsirkar İrandır.  Deməli, bundan ötrü ilk növbədə İran dövlətimizə və millətimizə  qarşı müstəqil olmayan, göstərişlə yazılar yazan, proqramlar yayımlayan mediasında apardığı iyrənc təbliğatını və düşmənçiliyini dayandırmalıdır. İranın belə hərəkətləri dünyanın harada yaşamasından asılı olmayaraq milyonlarla azərbaycanlıda nifrət hissi yaradır. Onlar Azərbaycanın haqq işini müdafiə edirlər. İranın belə hikkəli davranışları sonda onun özünə ziyan gətirəcək. Heç bir ölkə Azərbaycanla hökm dili ilə danışa bilməz. Ən yaxşı yol mehriban qonşuluqdur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR