Slimfit
  1. DÜNYA

İranın İrəvanda güclənməsinə ABŞ göz yumur - Papyan

İranın İrəvanda güclənməsinə ABŞ göz yumur - Papyan
Sakura

İranın İrəvanda güclənməsinə ABŞ göz yumur - Papyan

Qərb bizim geosiyasi vəziyyətimizi anlayır və bizimlə yumşaq davranır.

Axar.az xəbər verir ki, bunu “Armnyus” televiziyasına müsahibəsində erməni politoloq Ara Papyan deyib. O, İran Prezidenti Həsən Ruhaninin iqtisadi proqramlarının Ermənistan üçün vacib olduğunu bildirib.

Papyan, həmçinin, Avrasiya İttifaqının "iqtisadi birlik" adlandırılsa da, siyasi təşkilat olduğunu deyib:

“Bu, Rusiyanın keçmiş SSRİ ölkələrini nəzarətdə saxlamaq cəhdləridir. Vahid valyutaya keçid perspektivi təkcə suverenliyi əhəmiyyətli dərəcədə itirmək deyil, biz bunun sayəsində həmçinin digər ölkələrdən, xüsusilə də rubldan asılı olacağıq”.

O, İranın Ermənistanda təsirini artırmasına ABŞ-ın göz yumduğunu və bunu Ermənistanda Rusiya təsirinə qarşı mübarizə kimi baxdığını deyib:

“ABŞ Rusiyanın Cənubi Qafqazda təsirini maksimal şəkildə zəiflətmək istəyir. ABŞ üçün Ermənistanın suverenliyinin güclənməsi Rusiya təsirinin zəifləməsidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR