Slimfit
  1. DÜNYA

İranın din xadimi: “Ölkəmizə səfər edən əcnəbi qadınların başlarını örtməsi məcburi deyil”

İranın din xadimi: “Ölkəmizə səfər edən əcnəbi qadınların başlarını örtməsi məcburi deyil”
Sakura

İranın din xadimi: “Ölkəmizə səfər edən əcnəbi qadınların başlarını örtməsi məcburi deyil”

“Xarici dövlətlərin vətəndaşı olan qadın turistlər İrana səfər edəndə hicab örtüb-örtməməyə özləri qərar verməlidirlər”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin tanınmış din xadimlərindən biri olan Möhsün Qaravian bildirib.

“Xarici turistlər bizim dini qaydalarımıza əməl etməyə məcbur deyillər. Onlar hicaba əməl edib-etməməyi özləri müəyyənləşdirməlidirlər. Hicaba əməl etmək onlar üçün məcburi deyil”, - o vurğulayıb.

M.Qaravian xarici turistlərin hicaba əmələ etməsinə dair qanunun ləğv olunmasını tələb edib.

Qeyd edək ki, İran qanunlarına əsasən, ölkə vətəndaşı olan bütün qadınlar və İslam Respublikasına səfər edən xarici turist qadınlar mütləq hicaba əml etməli, o cümlədən başlarını örtməli, saçları görünməməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR