Slimfit
  1. SİYASƏT

"İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribatlarının qarşısı mütləq alınmalıdır" - Deputat

"İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribatlarının qarşısı mütləq alınmalıdır" - Deputat
Sakura

"İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribatlarının qarşısı mütləq alınmalıdır" - Deputat

Məlum olduğu kimi, Azərbaycan-İran münasibətlərinin normallaşması üçün hər iki ölkə Xarici İşlər Nazirliyi arasında bir neçə dəfə telefon danışığı olub.

Bununla bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan İranla münasibətlərinin normallaşmasında həqiqətən də maraqlıdır.

Onun sözlərinə görə, Azərbaycan bununla bağlı fikirlərini dəfələrlə ifadə edib və real addımlar atıb və bunu İran tərəfindən də hər zaman gözləyib:

"Hər birimiz Prezident İlham Əliyevin Vətən müharibəsində qələbədən sonra Cəbrayıla səfər zamanı əlini sərhədə və Xudafərin körpülərinə tərəf uzadaraq bu körpülərin dostluq körpüsü adlandırdığını yaxşı xatırlayırıq.

Ancaq münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür. Təəssüflə qeyd etmək lazımdır ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda oturaraq Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən “Hüseyniyyun” qrupunun ölkəmizə qarşı təxribatı Prezident İlham Əliyevə qarşı hədyan və təhqirləri, Kərimə dövlətinin qurulması, Azərbaycan hakimiyyətinə qarşı çıxmaqla bağlı çağırışları davam edir. Bu məqsədlə hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. Bu videolar deyərdim son günlər daha da kəskin xarakter alıb.

İran münasibətlərin normallaşmasını istəyirsə bu cür çağırış və qrupların qarşısını almalıdır. Həmin qrupların müstəqil olmadığı, kimin tərəfindən maliyələşdirildiyi hər kəsə məlumdur. Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran tərəfi bu cür təbliğat və təxribatlara son qoymalıdır. Bu dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir.

Əgər İran düşünürsə ki, bir tərəfdən Xarici İşlər Nazirliyi tərəfindən münasibətlərin normallaşması ilə bağlı Azərbaycana mesaj verəcək, digər tərəfdən ölkəmizə qarşı emissarları, və maliyələşdirdiyi qruplar vasitəsilə təbliğat və təxribatlarını davam etdirəcək, o zaman münasibətlərin yaxşılaşması çətin olacaq".

Ceyhun Məmmədov hesab edir ki, münasibətlərin normallaşması ilə bağlı çağırışlar özünü həm də real addımlarda göstərməlidir.

"İranda təhsil alan azərbaycanlılar tərəfindən yaradılmış İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır. Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə və fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması çətin görsənir. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir. İnanmaq istəyirik ki, İran tərəfi bunu anlayaraq real addımlar atacaq", - deyə millət vəkili vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR