Dərc edildi: Baxış sayı: 570
İranın ali dini liderinin baş müşaviri karantinə alındı
İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri və Tehrandakı Məsix Daneşvair Xəstəxanasının müdiri Əli Əkbər Vilayəti koronavirus şübhəsi ilə karantinə alınıb.
Bu barədə “Təsnim” agentliyi xəbər yayıb.
Onun vəzifə başında olarkən özünü pis hiss etdiyi bildirilib. Bununla əlaqədar olaraq müşavirdən götürülən analizlərdə COVID-19-un əlamətlərinə rast gəlinib.
Vilayəti hazırda evində karantinə alınıb. Onun vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət