Slimfit
  1. DÜNYA

İranın ABŞ bazasına raket zərbələri barədə yeni iddia

İranın ABŞ bazasına raket zərbələri barədə yeni iddia
Sakura

İranın ABŞ bazasına raket zərbələri barədə yeni iddia

 İran İraqdakı ABŞ bazasına hücumu elə təşkil edib ki, itkilər minimum olsun.

Bu barədə “The Washington Post” bir neçə yüksəkrütbəli amerikalı məmura istinadla məlumat yayıb.

Nəşrin müsahibinin sözlərinə görə, hazırlanan hücum barədə bir neçə saat əvvəldən məlum olub. Kiçik əhəmiyyətli zərbə Tehrana öz simasını qorumağa, həmçinin, hər iki tərəfi müharibənin sərhəddindən qayıtmağa imkan verib.

Bundan əvvəl Almaniyanın “Welt” qəzeti belə bir analoji ehtimalla çıxış etmişdi. Jurnalist vurğulamışdı ki, qurbanlar və kütləvi dağıntılar gətirməyən hücum ölümcül cinayətdən çox sülh təklifinə oxşayıb.

Bundan əvvəl ABŞ bazasına İranın hücumlarından sonra ərazinin görüntüləri barədə kadrlar yayımlanmışdı. Həmçinin, Tehran tərəfindən raketin buraxılması ilə bağlı video yayımlanmışdı.

Yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbələri endirib. Bu ABŞ-ın aviazərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsinə cavab olub.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR