Dərc edildi: Baxış sayı: 593
İrandan Türkiyəyə tələb: Əməliyyatı dayandırın!
İran hökuməti Türkiyənin Suriyada apardığı hərbi əməliyyatın dərhal dayandırılmasını və qoşunların bu ölkədən çıxarılmasını tələb edir.
Axar.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilib.
“Ciddi humanitar təhlükə və regiondakı dinc sakinlərlə bağlı risk daşıdığı üçün İran XİN hücumların dərhal dayandırılması və Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindən çıxarılmasında təkid edir”, - İran XİN-dən bildirilib.
Qeyd edək ki, İran XİN ötən gün də analoji bəyanat yaymışdı. İran parlamentinin sədri Laricani isə Türkiyəyə səfərini ləğv etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət