Slimfit
  1. DÜNYA

İrandan Trampa sərt cavab: “Razılaşma olmayacaq”

İrandan Trampa sərt cavab: “Razılaşma olmayacaq”
Sakura

İrandan Trampa sərt cavab: “Razılaşma olmayacaq”

ABŞ prezident Donal Tramp yenidən prezident seçiləcəyi təqdirdə İranla müqavilə imzalayacağını söyləyib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Rebii Trampın ikinci dəfə prezident seçilməsindən sonra İrana qarşı təzyiq və sanksiya siyasətini davam etdirəcəyi təqdirdə heç bir razılaşmanın olmayacağını deyib.

Trampın İrana qarşı "düşmənçilik" siyasətinə "maksimum müqavimət" ilə cavab verməyə davam edəcəklərini vurğulayan Rebii, "Trump keçmiş səhvlərini düzəltməkdə ciddi olarsa, bunu məmnuniyyətlə qarşılayırıq. Ancaq son açıqlamasında seçkidə səs qazanmaqdan başqa heç bir məqsədinin olmadığını söylədi", - deyə qeyd edib.

Rebii əlavə edib ki, Trampın qanuni, düzgün və razılaşdırılmış bir yol tutaraq İranla uğurlu diplomatiya qurması üçün dörd il fürsəti var idi: “O, nəinki bu işi etməyib, eyni zamanda ABŞ-ın son illərdə etdiyi ən böyük səhvlərə yol verib. İranın ABŞ seçkilərinə müdaxilə edəcəyi ilə bağlı əsassız iddia seçkilərdə iranofobiyanın istifadə edilməsi üçündür .

Qeyd edək ki, Nyu Cersidə tərəfdarlarının qarşısında çıxış edən ABŞ prezidenti D.Tramp, noyabr ayında yenidən prezident seçiləcəyi təqdirdə, 4 həftə ərzində İranla razılığa gələcəyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR