Slimfit
  1. DÜNYA

İrandan Kremlə xəbərdarlıq: Rusiya bilməlidir ki...

İrandan Kremlə xəbərdarlıq: Rusiya bilməlidir ki...
Sakura

İrandan Kremlə xəbərdarlıq: Rusiya bilməlidir ki...

Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, “qırmızı xətlər”ə riayət etməsindən asılıdır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf deyib.

“İran parlamenti Rusiya və Körfəz Əməkdaşlıq Şurasının (PGCC) üç İran adası ilə bağlı birgə bəyanatının məzmununu qəti şəkildə rədd edir. İran və Rusiya regionda ümumi maraqlar əsasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirən iki mühüm ölkədir”, - Qalibaf bildirib.

Xatırladaq ki, Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bildirilib. Bununla bağlı İranla ikili danışıqların aparılması, yaxud beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə münaqişənin həll olunması dəstəklənib. Tehran rejimi isə bu bəyanatı rədd edərək, 3 adanın İranın ayrılmaz əraziləri olduğunu iddia edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR