İrandan Ermənistana xəbərdarlıq...
Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.
Ens.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Cəmşidi özünün "X" (Twitter) səhifəsində İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayarkən qeyd edib.
M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran region məsələlərinin region ölkələri tərəfindən həll edilməsini istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət