Dərc edildi: Baxış sayı: 488
İrandan dünyaya təhdid: Dərhal məhv edəcəyik!
İran, Rusiya və Çinin keçirəcəyi təlim zonasında qeydə alınan istənilən kəşfiyyat aparatı məhv ediləcək.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Qərargah rəisinin müavini Həbibulla Sayari deyib.
“Bir çox ölkələr təlimlərdə nə baş verdiyini bilmək istəyirlər. Müştərək təlimlər zarafat deyil və biz zarafat etmirik. Təlim zonasındakı istənilən aparat vurulacaq. Biz əvvəllər bunu nümayiş etdirmişik”, - o bildirib.
Qeyd edək ki, bundan öncə İran, Rusiya və Çinin “Dəniz Təhlükəsizlik Qurşağı” əməliyyatına start verilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət