Slimfit
  1. DÜNYA

İrandan dünyanı şoka salan açıqlama - Hədəf amerikalı hərbçilər olmayıb

İrandan dünyanı şoka salan açıqlama - Hədəf amerikalı hərbçilər olmayıb
Sakura

İrandan dünyanı şoka salan açıqlama - Hədəf amerikalı hərbçilər olmayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqda yerləşən hərbi bazalarına təşkil olunan hücum barədə yeni bəyanat yayıb.

Publika.az “euronews”ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu komandanlarından Hacızadənin açıqlamasına görə, raket zərbələrinin hədəfində amerikalı hərbçilər olmayıb:

“ Hücumlar ABŞ əsgərlərlərini öldürməyə deyil, hərbi avadanlıqlara zərər verməyə yönəlik idi”.

Hacızadənin sözlərinə görə, ABŞ hərbçiləri bölgədən çəkiləndən sonra iranlı generalın qisası alınmış olacaq. Qeyd edək ki, bundan əvvəl İran tərəfi hücum zamanı 80 amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı. Hücum zamanı ABŞ-a məxsus iki hərbi bazanın vurulduğu irəli sürülüb. ABŞ prezidenti Donald Tramp isə Tehranın iddialarını təkzib edərək, hücum nəticəsində tələfatın olmadığnı bəyan edib.

Anar Türkeş

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR