Dərc edildi: Baxış sayı: 572
İrandan ABŞ-a mesaj - “Biz hazırıq”
“Girovlarımızı evlərinə gətirdikdən sonra ABŞ-la daha genişmiqyaslı girov dəyişməyə hazırıq. Bu mövzuda “top ABŞ meydanındadır””.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri İranın XİN rəhbəri Cavad Zərif Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, dekabrın 7-də ABŞ İran tərəfinə alim Məsud Süleymanini, İran isə ABŞ-a tələbə Syue Vanı təhvil verib.
Süleymani 2018-ci ilin oktyabrında Amerikanın Minnesot ştatında FTB əməkdaşları tərəfindən heç bir ititham irəli sürülmədən həbs edilib. Syue isə 2016-cı ildə İranda casusluq şübhəsi ilə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət