İranda törədilən partlayışlarda ölənlərin sayı yüzü keçib
İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Kirman şəhər fövqəladə hallar idarəsinin rəisi bildirib.
Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.
Məlumata görə, birinci partlayış SEPAH-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.
Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib. Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət