Dərc edildi: Baxış sayı: 478
İranda son sutkada 1757 nəfər koronavirusa yoluxub, 35 nəfər ölüb
İranda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1757 yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusa yoluxanların sayı 118 392 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 6937 nəfərə çatıb.
93 147 nəfər xəstəlikdən sağalıb.
Hazırda virus daşıyıcısı olan 2716 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət