Slimfit
  1. DÜNYA

İranda qadınların səhnəyə çıxması məhdudlaşdırıldı

İranda qadınların səhnəyə çıxması məhdudlaşdırıldı
Sakura

İranda qadınların səhnəyə çıxması məhdudlaşdırıldı

Təbrizin Ümumi Məkanlara Nəzarət İdarəsi (Əmakin) aktrisalara ər və ya atalarının icazəsi olmadan səhnəyə çıxmağı qadağan edib.

Kult.az xəbər verir ki, bu barədə təbrizli yazıçı və rejissor Əli Purian öz İnstaqram səhifəsində məlumat yayıb.

“Ümumi Məkanlara Nəzarət İdarəsi tamaşaların nümayişinə icazə verməsi üçün yeni şərt irəli sürüb. Qərara əsasən, aktrisaların səhnəyə çıxması üçün ər və ya atalarının yazılı şəkildə razılığı olmalıdır, əks halda onlar tamaşada rol ala bilməz”.

Bu qərara görə ötən cümə Təbrizdə qadın aşıqların konserti hökumət orqanları tərəfindən ləğv edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR