Dərc edildi: Baxış sayı: 368
İranda öldürülən HƏMAS liderinin son sözləri üzə çıxdı
İranda olarkən sui-qəsd nəticəsində öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin son sözləri üzə çıxıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Haniyənin ölməzdən əvvəl sonuncu dəfə İranın Ali dini lideri Əli Xameneyi ilə söhbət etdiyi bəlli olub.
Məlumata görə, o, söhbət zamanı “Ali İmran” surəsindən sitat gətirib.
Onun son sözləri "Həyat verən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür" olub.
Daha sonra Haniyənin “Bir lider gedir, yenisi gələr” dediyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət