Dərc edildi: Baxış sayı: 380
İranda kartof, tomat və heyvan yeminin ixracı qadağan olundu
İranın sənaye, mədən və ticarət naziri kartof, heyvan və quşların yemi və pomidor tomatının ixracını qadağan edib.
Trend-in məlumatına görə, bu barədə nazir Məhəmməd Şəriətmədari İranın Baş Gömrük İdarəsinin rəisi Furud Əsgəriyə məktub ünvanlayıb.
Məktubda kartof, heyvan və quşların yemi və pomidor tomatının 12 oktyabr 2018-ci il tarixindən məlumat verilənədək qadağan olunduğu elan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət