Dərc edildi: Baxış sayı: 235
İranda hücuma məruz qalan polis əməkdaşları arasında ölənlərin sayı artıb
İranın Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində polis bölməsinə edilən terror hücumu nəticəsində həyatını itirən polis əməkdaşlarının sayı beş nəfərə çatıb, 10 nəfər yaralanıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, hücumu həyata keçirən “Ceyş əl-Ədl”ə qarşı həyata keçirilən əməliyyat zamanı səkkiz terrorçu məhv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət