Slimfit
  1. DÜNYA

“İranda hicab məcburi deyil” – Vitse-spikerdən qəribə iddia

“İranda hicab məcburi deyil” – Vitse-spikerdən qəribə iddia
Sakura

“İranda hicab məcburi deyil” – Vitse-spikerdən qəribə iddia

“Qadınların geyimlə bağlı sərbəst seçim haqlarının məhdudlaşdırılmasına edilən bütün etirazlara baxmayaraq, İranda hicab məcburi deyil”.

Teleqraf.com xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Əli Mütəhhəri deyib.

O qeyd edib ki, İranda hicabla bağlı konkret geyim forması müəyyən edilməyib:

“Şəxsən düşünürəm ki, bizdə məcburi hicab yoxdur. Əgər biz qadınlar üçün hicabın müəyyən bir formasını məcburi etsəydik, məsələn, qadınlara desəydik ki, “hamı başına yalnız qara çarşab salmalıdır”, o zaman bu hicabın məcburi olması demək olardı. Halbuki hazırda bizdə vəziyyət belə deyil və hicab məcburi sayılmır.

Hesab edirəm ki, hicab bir şəxsin və ya bir fərdin özünə aid bir məsələ deyil. Çünki hicaba riayət olunmaması cəmiyyətə ziyan vurar. Məhz buna görə də düşünürəm ki, hicaba riayət etmək lazım məsələdir. Mən bu cəmiyyəti yaxşı tanıdığıma görə deyə bilərəm ki, əgər bu gün biz hicab məsələsi barədə referendum keçirsək, əminəm ki, ölkə əhalisinin əksəriyyəti hicabın lehinə səs verəcək”.

Qeyd edək ki, son 1 ildə İranda hicaba etiraz etdiyinə görə, 40-dan çox qadın həbs edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR