Dərc edildi: Baxış sayı: 467
İranda Ekspertlər Şurasının üzvü koronavirusdan öldü
İranda Ekspertlər Şurasının koronavirusa yoluxan üzvü Haşim Bəthayi ölüb.
Bu barədə İRNA məlumat yayıb.
Bildirilir ki, o, Qum şəhərində iki gün əvvəl yerləşdirildiyi “Şəhid Beheşti” xəstəxanasının reanimasiya şöbəsində koronavirusdan həyatını itirib.
Qeyd edək ki, İranın Ekspertlər Şurası ölkədə dini liderin seçilməsini və onun fəaliyyətinə nəzarəti həyata keçirən qurumdur. Şuranın 87 üzvü var.
Xatırladaq ki, İranda koronavirusa ilk yoluxma faktı fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ölkədə, ümumilikdə, 13938 nəfər koronavirusa yoluxub, 724 insan isə bu virusdan ölüb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət