Dərc edildi: Baxış sayı: 514
İranda əcnəbilər üçün maraqlı qərar
İranda əcnəbilərin ölkədə yaşamasının şərtləri ilə bağlı maraqlı qərar qəbul edilib.
Femida.az xəbər verir ki, Tehrandakı İqtisadi Əməkdaşlıq Ali Şurasının iclasında verilən qərara əsasən, ölkəyə 250 min dollar məbləğində sərmayə yatıran hər bir xarici ölkə vətəndaşına İranda 5 illik yaşama icazəsi veriləcək.
Qeyd edək ki, 2016-cı ilin fevral ayında qəbul edilən qərara görə, 300 min dollar məbləğində sərmayə yatıran əcnəbilərə İran ərazisində 3 il müddətinə yaşama icazəsi verilirdi.
Bildirilir ki, hazırkı yüngülləşdirici qərar, son dövrlərdə iqtisadi böhran yaşayan İrana xarici kapitalın axınını stumullaşdırmaq məqsədi daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət