Dərc edildi: Baxış sayı: 392
İranda dolların məzənnəsi tarixi maksimumu yeniləyib
Koronavirus pandemiyasının və ABŞ sanksiyalarının təsiri ilə İranın milli valyutası tümənin rəsmi məzənnəsi ABŞ dolları qarşısında 28 min tüməni keçib.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bununla da, dolların məzənnəsi tarixi maksimumu yeniləyib.
Məlumata görə, milli valyutanın avro qarşısında məzənnəsi isə 33 min tümənə yaxınlaşıb. İran Statistika Mərkəzi ölkənin illik inflyasiya proqnozunu ötən aya nisbətən 0,2 faiz bəndi artıraraq 26%-ə yüksəldib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət