Slimfit
  1. COĞRAFİYA

İranda dollar yenidən bahalaşdı

İranda dollar yenidən bahalaşdı
Sakura

İranda dollar yenidən bahalaşdı

Son günlər İranda dolların məzənnəsi yenidən yükəlməyə başlayıb. FED.az xəbər verir ki, bir neçə günlük zəifləmədən sonra avqustun 18-dən başlayaraq İranda dollar yenidən bahalaşaraq 108 min riala yüksəlib. Buna qədər isə dolların məzənnəsi 95-96 min rial ətrafında dəyişirdi. 1 manat isə 61 min riala dəyişdirilir.

Paralel olaraq İranda ərzağın və digər malların qiymətləri də yüksəlib. FED.az-ın bir qədər əvvəl xəbər verdiyi kimi, bu ölkədə dolların məzənnəsinin yüksəlməsi malların qiymətnin kəskin ucuzlaşması ilə nəticələnmiş və buna görə də sərhədyanı zonaların sakinləri İran tərəfinə keçərək oradan ərzaq malları gətirməyə başlamışdılar.

İndi isə vəziyyət dəyişib. FED.az-ın əldə etdiyi məlumata görə, artıq İran tərəfi ölkədə ərzaq qıtlığı yaranmaması üçün ölkədən ərzağın buraxılmasını qadağan edib və artıq sərhəddən ərzaq keçirmək mümkün deyil.

Qadağa düyü, toyuq, çay, qənd, şəkər tozu, xurma, süd məhsulları, kişmiş, meyvələr və başqa mallara aiddir. Bunun digər səbəb odur ki, İranda xammal bahalaşdığına görə, bəzi kiçik fabrik və sexlər işi dayandırmalı olublar.

Eyni zamanda İran tərəfi ölkəyə azərbaycan vətəndaşlarının da keçməsinə maneələr yaratmağa başlayıb. Əvəzində indi dünəndən başlayaraq İran vətəndaşlarının Azərbaycana axını başlayıb.

Şahidlərin sözlərinə görə, əksər iranlılar Azərbaycan tərəfinə ailəlikcə keçirlər və indiyədək belə güclü axın müşahidə edilməyib. Belə ki, gömrük məntəqəsi 24 saat işləməsinə baxmayaraq yenə də axın dayanmır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR