Dərc edildi: Baxış sayı: 558
İranda cümə namazları qadağan edildi
İran koronavirusa görə daha bir mühüm qərar verib.
BAKU.WS xəbər verir ki, ölkənin bütün əyalətlərindəki məscidlərdə cümə namazları ləğv edilib.
Bununla bağlı aidiyyətli qurum tərəfindən qərar qəbul olunub.
Xatırladaq ki, ötən həftə paytaxt Tehran daxil olmaqla 23 əyalətdə cümə namazı təxirə salınmışdı.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.
Ruhani isə bugünkü açıqlamasında ölkənin bütün şəhərlərində virusun yayıldığını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət