Dərc edildi: Baxış sayı: 469
İranda benzinin qiyməti bahalaşdı
İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb.
Axar.az xəbər verir ki, İranın Neft Məhsullarının Paylanması üzrə Milli Şirkəti bu gün səhərdən benzinin qimətinin bahalaşdığını elan edib.
Bu gündən etibarən kvota tətbiq edilən benzinin qiyməti hər litr üçün 1500 tümən (20 qəpik), kvotadan artıq (azad) satışa çıxarılan benzinin qiyməti isə 3000 tümən (40 qəpik) təşkil edəcək. Super benzinin qiyməti isə 3500 tümən (45 qəpik) olacaq.
Qeyd edək kı, İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin ala bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət