İrana qarşı yeni sanksiyalar paketi imzalanıb
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə əlaqədar sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, yeni sanksiyalar İranın metallurgiya, alüminium və mis istehsalı və ixracı sahələrinə tətbiq edilib.
Ağ evin açıqlamasında deyilir ki, metallurgiya sahəsi İranı valyuta ilə təmin edir. Neftdən sonra ölkəni valyuta ilə təmin edən metallurgiya sahəsinin sanksiyalar altında qalması rejimin konstruktiv addım atması ilə nəticələnəcək.
Dünya mətbuatında ABŞ-ın yeni sanksiyaları birmənalı qəbul edilməyib. Mütəxəssislər hesab edirlər ki, İran ilə yanaşı, regionun digər dövlətləri də zərər görəcək. Rəsmi Vaşinqtonun heç kimin maraqlarını nəzərə almaması region dövlətləri tərəfindən birmənalı qarşılanmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət