Dərc edildi: Baxış sayı: 482
İrana qarşı koalisiya qurmaq istəyirik - Pompeo
İrana qarşı beynəlxalq koalisiya yaratmaq niyyətindəyik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O bildirib ki, ABŞ sülhə söykənən həll yolu axtarışındadır:
“Prezident Trampın istədiyi budur. Sülhlə həll yolu istəyirik və bunu açıq şəkildə bəyan edirik. Onlar (İran) pilotsuz uçuş aparatımızı vurdular, sonra da enerji mənbələrinə (Səudiyyə Ərəbistanındakı iki neftayırma zavodu nəzərdə tutulur - red.) böyük hücum etdilər. Biz isə hələ də koalisiya qurmağa çalışırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət