Slimfit
  1. CƏMİYYƏT

İrana kimlər rahatlıqla keçə bilir?

İrana kimlər rahatlıqla keçə bilir?
Sakura

İrana kimlər rahatlıqla keçə bilir?

Azərbaycanla İran arasında olan gömrük-keçid məntəqələrində hazırda sükut hökm sürür. Gediş-gəliş bir qədər məhdudlaşdırılsa da, Azərbaycandan müalicə üçün həkimə, əlində resepti olub dərman almağa gedənlərə İrana getməkdə heç bir problem yaradılmır.

Axar.az xəbər verir ki, bu sözləri Astara və Biləsuvar rayonlarındakı sərhəd-keçid məntəqələrindən reportaj hazırlayan “Yeni Müsavat” qəzetinin əməkdaşı Emil Salamoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasındakı Biləsuvar keçid məntəqəsində sakitlikdir, gediş-gəliş məhdudlaşdırıldığı üçün keçid məntəqəsində az-az insan gözə dəyir:

“Virus qorxusu ilə ümumiyyətlə İrana getmək istəyənlərin sayı kəskin azalıb. Hazırda nə İrana gedən var, nə də İrandan gələn. Astara sərhəd-keçid məntəqəsində isə Biləsuvara nisbətən qələbəlikdir. Ancaq əlbəttə ki, əvvəlki günlərlə müqayisədə gedib-gələn çox azdır. Azərbaycandan İrana gedən İran vətəndaşları rahatlıqla sərhədi keçə bilir. Həmçinin İrandan Azərbaycana qayıdanlar da heç bir problem yaşamır. Azərbaycandan xüsusilə müalicə üçün həkimə gedənlərə, əlində resepti olub dərman almaq istəyənərə problem yaradılmır”.

Jurnalist həmçinin əlavə edib ki, İran ərazisindən Azərbaycana heç bir ərzaq keçirilməsinə icazə verilmir:

“Sərhədçilər əvvəlcədən xəbərdarlıq edib ki, qida və ərzaq məhsulları almasınlar. Ancaq ümumilikdə sərhədi keçməyə hər kəsə icazə verilmir”.

Xatırladaq ki, koronavirus epidemiyası İranda 16 nəfərin ölümünə səbəb olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR