İran Yaxın Şərqdə PUA istehsalında liderdir
"İran bu gün Yaxın Şərqdə dronların inkişafına liderlik edir", - bu haqda İranın Hərbi Hava Qüvvələrinin baş komandanı, general Əziz Nasirzadə deyib. Ə.Nasirzadə qeyd edib ki, "Əbabil-3" tipli 10 PUA, İran Hərbi Hava Qüvvələrinin bir hissəsi oldu.
"Deyerler.org"un ca-irnews-a istinadən verdiyi xəbərə görə, briqada generalı Əziz Nasirzadə, bazar günü keçirilən brifinqdə, İran Hərbi Hava Qüvvələrində PUA-ları istifadə etmək planlarına toxunaraq əlavə edib: “İran ordusu bütün bazalarında pilotsuz birləşmələri inkişaf etdirir və genişləndirir, bunun üçün bütün lazımi infrastruktur yaradılıb. Yeni "Kərrar" pilotsuz uçuş aparatı, bomba və raketlərlə təchiz olunaraq, havadan zərbələr endirə bilər”. Bundan əvvəl İran hərbi qüvvələri, pilotsuz təyyarədən silah-sursatın buraxılmasını sınaqdan keçirib. Bundan əlavə, “Kaman 12” və “Kaman 22” PUA istehsal edildi və bununla da İran İslam Respublikası, dron istehsalında dünyanın 5 lider ölkəsinə daxil olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət