Slimfit
  1. GÜNDƏM

İran XİN yerli şirkətin Şuşada məscid bərpası ilə məşğul olacağı barədə məlumatsızdır

İran XİN yerli şirkətin Şuşada məscid bərpası ilə məşğul olacağı barədə məlumatsızdır
Sakura

İran XİN yerli şirkətin Şuşada məscid bərpası ilə məşğul olacağı barədə məlumatsızdır

İran “Part Saman Cahan” adlı yerli şirkətin Şuşa şəhərindəki “Gövhərağa” məscidinin bərpası işləri ilə məşğul olacağından məlumatsızdır.

Bu barədə APA-nın İran bürosuna açıqlamasında İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib. “Bizdə “Gövhərağa” məscidinin bərpa işlərinin İran şirkəti tərəfində həyata keçiriləcəyinə dair məlumat yoxdur”, - deyə XİN rəsmisi bildirib. 

APA-nın İran bürosunun araşdırmasına əsasən şirkətin rəhbəri kimi adı çəkilən Səid Nəhavəndi Ermənistanda memarlıq üzrə təhsil alıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Şuşa şəhərində “Gövhərağa” məscidinin bərpa ediləcəyini, bərpa işlərinin İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçiriləcəyinə dair məlumat yayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR