Slimfit
  1. DÜNYA

İran XİN-dən Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət

İran XİN-dən Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət
Sakura

İran XİN-dən Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət

“Ararat” idman kompleksində  erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.
 
Bunu ONA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.
 
B.Qasimi deyib ki, Ermənistan  baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində  olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır: “Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması  özbaşına atılmış bir addımdır, qəbuledilməzdir ”
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair  siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb: “Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla  münasibətlərinin  Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir.  Ona görə  İran bu məsələdə  öz əsaslı və məntiqli siyasətini davam etdirir.  Ümid edirik ki,  münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb,  yenə də, bunun  üçün bütün səylərini göstərə bilər”.
 
B. Qasımi qeyd edib ki, uzun əsrlərdən bəri, müxtəlif ilahi din mənsubları,  o cümlədən ermənilərin İranda dinc yaşadığına görə fəxr edirlər. Onun sözlərinə görə, bu gün də  İran Konstitusiyasına əsasən erməni, zərdüşt və yəhudi icmalarının deputatlar İran parlamentinə  təmsil olunurlar.
 
Ermənistan baş nazirinin Tehrana son səfərinə münasibət bildirən B. Qasimi İranın bütün qonşularına münasibətdə şəfaf və aydın siyasət yürütdüyünü söyləyib:  “Biz qonşu ölkələrlə  qarşılıqlı ehtiram və  daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqda maraqlıyıq.   Eyni zamanda  biz münasibətləri daha da genişləndirməyə çalışırıq. Hesab edirik ki,  İranın  qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi    qonşu ölkələr və dünya ölkələri  arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayacaq. SSRİ dağılması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik əldə etməsinin ardınca  İran və Ermənistan arasında  qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub. Ermənistan baş nazirinin İrana səfəri  bu əlaqələr və İranın öz xarici siyasətində bütün şimal qonşu ölkələrlə bağlı yürütdüyü siyasət çərçivəsində baş tutub”.
 
İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib ki, iki qonşu ölkələr müştərək adət-ənənə və mədəniyyətə, məzhəb oxşarlığına malikdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra  davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə  inkişaf edib. Hər iki ölkənin rəsmilərinin diqqəti  əlaqələri müxtəlif sahələrdə daha da inkişaf etdirməyə yönəlib və yönələcək. Son illərdə  müxtəlif  nümayəndə heyətlərinin,  xüsusilə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin görüşlərinə, eləcədə əldə olunmuş razılıqlara nəzər salsaq,  Azərbaycan və İran arasında əlaqələrin nə qədər dərin kökləri olduğunu görərik.  İran Azərbaycanın, Ermənistanın  və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını  dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR