Slimfit
  1. AZƏRBAYCAN

İran XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır"

İran XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır"
Sakura

"Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmaldır"

 "Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmaldır".

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İran xarici siyasət idarələri rəhbərlərinin İstanbulda keçirilən üçtərəfli görüşündən sonra baş tutan mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, hər üç ölkə arasında yaxın qonşuluq siyasəti uğurlu əməkdaşlığa təkan verir: "Hər üç ölkənin ortaq iradəsi mövcuddur. Bölgə xalqlarının yaşam standartlarının yüksəlməsi üçün problemlərin öz həllini tapması vacibdir. Biz hər zaman söyləyirik ki, Dağlıq Qarabağmünaqişəsi tezliklə həll olunmalıdır". 

M.Zərif deyib ki, hər üç ölkə çox geniş imkanlara sahibdir: "Biz elm və texnologiya sahəsində əməkdaşlığımızı genişləndirməliyik. Görüşdə hər üç ölkənin özəl sektorları arasında Üçtərəfli Biznes Forum yaradılmasını da məqsədəuyğun saydıq. Bank sahəsində verdiyimiz qərarlar qarşılıqlı ticarətin milli valyuta ilə aparılmasına şərait yaradacaq". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR