Slimfit
  1. DÜNYA

İran xalqı aclıqdan ölər, əgər... - Nazirdən şok açıqlama

İran xalqı aclıqdan ölər, əgər... - Nazirdən şok açıqlama
Sakura

İran xalqı aclıqdan ölər, əgər... - Nazirdən şok açıqlama

Neft istehsal edə və sata bilməsək, ölkədə xaos yaranar. Neft satılmasa, əsas qida məhsullarını və təchizatları ala bilmərik. Normal həyat tərzimizə də davam edə bilmərik”.

Publika.az xəbər verir ki, bunu İranın Neft naziri Biyen Namdar Zəngane deyib.

Paytaxt Tehranda neft sənayesi təmsilçiləri ilə toplantıda iştirak edən nazir İranın neft sektorunun ABŞ-la yaranan iqtisadi müharibənin ən ön cəbhəsində olduğunu deyib. Zəngane ABŞ-ın İranın neft satışını sıfıra endirməyi hədəflədiyini, ancaq bu məqsədinə çata bilməyəcəyini bildirib.

Daha sonra Rusiya Energetika Forumuna qatılmaq üzrə Moskvaya gedən nazir İran dövlət televiziyasına açıqlamasında “təktərəfli və qanundakənar müdaxilələrin qarşısının alınması üçün enerji bazarı siyasətdən kənar qalmalıdır. Bu məsələ uzun müddət həm istehlakçıların, həm də istehsalçıların mənfəətinə uyğun olacaq” sözlərini işlədib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR