İran vurulan sərnişin təyyarəsinə görə təzminat ödəməyə razılaşdı
İran hakimiyyəti 2020-ci ilin əvvəlində vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinə görə Ukrayna vətəndaşlarına kompensasiya ödəməyə razıdır. Bununla bağlı danışıqlar davam edəcək.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “RBC-Ukraine” nəşri IRNA agentliyinə istinadən yayıb.
“İran təyyarəyə görə təzminat ödəməyə razılıq verdi, lakin bu məsələnin icrası vaxt tələb edəcək, texniki və hüquqi baxımdan fərqli cəhətlər var”. Musəvi sərnişin təyyarəsinə görə Ukrayna ilə aparılan danışıqları şərh edərkən deyib.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, “sərnişinlərin çoxu” İran vətəndaşıdır (bəzi iranlıların ikili vətəndaşlığı var idi, lakin İran onları öz vətəndaşları hesab edir).
O, ukraynalılarla bağlı danışıqların davam edəcəyini də əlavə edib və baş verənlərə görə Tehranın cavabdeh olduğunu xatırladıb.
8 yanvar 2020-ci ildə Ukraynaya məxsus PS752 reysi Tehrandan çıxarkən İran hərbiçiləri tərəfindən vurulub.
Təyyarə iki İran raketi ilə yerə salınıb. Fəlakət qurbanları Ukrayna vətəndaşları da daxil olmaqla 167 sərnişin və 9 ekipaj üzvü olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət