Slimfit
  1. GÜNDƏM

İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər
Sakura

İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

İran ilə Azərbaycanın iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədilə birgə müştərək sənaye şəhərciyinin inşası barədə razılıq əldə edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Sənaye, Ticarət və Mədənlər naziri Rza Rəhmani söyləyib.

O qeyd edib ki, sənaye şəhərciyi Azərbaycan ilə sərhəd bölgədə yerləşən Ərdəbil vilayətinin Parsabad şəhərində salınacaq. Onun sözlərinə görə, şəhərciyin Ərdəbil vilayətində tikilməsi heç də təsadüfi deyil. Belə ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan və İran ilə Azərbaycanı birləşdirən dəmir yolu məhz bu ərazidən keçəcək. Şəhərciyin dəmir yoluna yaxın ərazidə inşa edilməsi idxal-ixrac əməliyyatlarının artması və asanlaşması üçün əlverişlidir. Gələcəkdə bu sənaye şəhərciyində istehsal ediləcək və buraya daxil olacaq mallar Azərbaycan ərazisindən keçməklə Orta Asiya və Rusiyaya göndəriləcək.

Nazir nəzərə çatdırılıb ki, belə müştərək layihələr hər iki ölkənin iqtisadiyyatının daha da inkişafına böyük təkan verəcək.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR