Slimfit
  1. DÜNYA

İran Türkiyə sərhədində İsrailin kəşfiyyat PUA-larını vurdu

İran Türkiyə sərhədində İsrailin kəşfiyyat PUA-larını vurdu
Sakura

İran Türkiyə sərhədində İsrailin kəşfiyyat PUA-larını vurdu

İran Silahlı Qüvvələri Türkiyə ilə sərhəddə yerləşən Salmas şəhəri yaxınlığında İsrailə məxsus bir neçə kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ens.Az "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziya və radio şirkəti yayıb.

Bildirilir ki, vurulan PUA-lar bölgədə kəşfiyyat fəaliyyəti həyata keçirirmiş.

Eyni zamanda, İsrail Müdafiə Ordusu (SAXAL) Yəhudiyyə rayonunda və Ölü dəniz bölgəsində İrana məxsus bir neçə pilotsuz uçuş aparatı ələ keçirildiyini bildirib.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR