Dərc edildi: Baxış sayı: 910
İran türk təyyarəsini vuracaqdı? - Şok detal
Dünya İran raketi ilə vurulan Ukrayna təyyarəsini müzakirə edərkən, daha bir sensasiyalı məlumat yayılıb.
Yenicag.az xəbər verir ki, 176 nəfərin ölümü ilə sonuclanan qəzanın hədəfinin əslində türk təyyarəsi ola biləcəyi bildirilib. Belə ki, Ukrayna təyyarəsi ilə eyni anda uçacaq olan “Atlasjet”in KK1185 kodlu təyyarəsinin iki dəqiqəlik gecikməsi, onlarla insanın həyatını qurtarıb. Üstəlik, vurulan Ukrayna təyyarəsindən doqquz dəqiqə öncə Türk Hava Yollarına aid TK873 saylı təyyarə havaya qalxıb.
Bu detalların ortaya çıxmasından sonra “Əsl hədəf türk təyyarəsi idi” sualı ortaya çıxıb.
Qeyd edək ki, İran Ukrayna Hava Yollarına Aid təyyarənin səhvən vurulduğunu bildirib, üzr istəyib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət