Dərc edildi: Baxış sayı: 588
İran: "Trampın ölümü belə Süleymaninin intiqamı üçün yetərli deyil"
"Donald Trampın ölümü belə Qasım Süleymaninin intiqamı üçün yetərli olmayacaq. Onun öldürülməsi belə intiqam üçün kifayət deyil".
Qaynarinfo xəbər verir ki, bu sözləri İran Hərbi Hava Qüvvələrinin komandanı Əli Hacızadə deyib.
"Bu qətlə raket və ya PUA vurmaqla cavab vermək olmak olmaz. Süheymaninin qanı ancaq ABŞ bölgədən tamamilə çıxacağı halda yerdə qalmayacaq" deyə general əlavə edib.
Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin yanvarın 3-də Bağdad hava limanına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və İraqdakı şiə milislərinin - "Haşdi Şabi"nin komandan köməkçisi Əbu Mehdi əl-Mühendis də daxil olmaqla 10 nəfər həlak olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət