Slimfit
  1. DÜNYA

İran təyyarəni vurduğunu etiraf etməyəcəkdi, əgər...

İran təyyarəni vurduğunu etiraf etməyəcəkdi, əgər...
Sakura

İran təyyarəni vurduğunu etiraf etməyəcəkdi, əgər...

09:00

Əgər Qərbin təzyiqi və sosial mediada yayılan görüntülər olmasaydı, bəylər (İran rəsmiləri) əsla həqiqəti söyləməyəcəkdilər.

Axar.az xəbər verir ki, bu sözləri İran məclisinin deputatı Qulaməli Cəfərzadə deyib.

O bildirib ki, həqiqi informasiyanı gizlətməyə heç kimin haqqı yoxdur:

“Bu işi görüb, 3 gün xalqdan gizlətməkdə olduqca əxlaqsızlıq ediblər. Əmir Əli Hacızadənin (SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı) bu xəbəri eşidəndə ölmək istəməsi yönündə açıqlaması boş sözdən başqa bir şey deyil. Bu hadisəyə görə məsuliyyət daşıyanların hamısı kütləvi şəkildə istefa verməli və barələrində istintaq başladılmalıdır”.

Qeyd edək ki, SEPAH Ukraynaya məxsus sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Əmir Əli Hacızadə “Bu informasiyanı eşidəndə "keşkə, onların yerinə mən öləydim" dedim” açıqlamasını verməklə kifayətlənmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR