Dərc edildi: Baxış sayı: 278
İran şirkətləri Ermənistana gəlməyə hazırdır - Sübhani
İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu ölkənin yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyanla görüşüb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq müzakirə edilib.
Ayrapetyan bildirib ki, İrəvanla Tehran arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün bütün ilkin şərtlər var.
İran səfiri isə cavabında İran şirkətlərinin Ermənistanda aktiv fəaliyyətə başlamağa hazır olduğunu vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət