Dərc edildi: Baxış sayı: 240
İran Qəzza zolağına humanitar yardım göndərməyə hazır olduğunu açıqladı
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan misirli həmkarı Sameh Şükri ilə telefon danışığı aparıb.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Teleqram kanalında məlumat yayılıb.
Abdullahiyan ölkəsinin Qəzza zolağının sakinlərinə Misir vasitəsilə humanitar yardım göndərməyə hazır olduğunu bildirib.
Öz növbəsində, Şükri İranın humanitar yardım göndərmək istəyini alqışlayıb.
Misirin baş diplomatı Fələstin məsələsində İran və ölkəsi də daxil olmaqla İslam və ərəb ölkələri arasında məsləhətləşmələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb (apa).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət