İran parlamenti generalın ölümü ilə bağlı qapalı iclas keçirəcək
İran parlamenti sabah general Qasim Süleymaninin ölümü ilə bağlı qapalı iclas keçirəcək.
Trend xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi Tasnim informasiya agentliyinə istinadən məlumat verib.
Ə.Abbasinin sözlərinə görə, iclasda bəzi təhlükəsizlik və hərbi rəsmilər də iştirak edəcək.
Abbasi əlavə edib ki, iclasda ABŞ-ın hücumunun detalları araşdırılacaq.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət